Koalisiya qüvvələri DEAŞ hədəflərini vurarkən onlara kimlər dəstək olur?

Mosul əməliyyatına start verildiyi gündən bəri 160 mindən artıq iraqlı ev-eşindən olub. İraqın Mosul şəhərini terror təşkilatı DEAŞ-dan təmizləmək məqsədi ilə oktyabrın 17-də İraq ordusunun başlatdığı ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinin dəstək olduğu əməliyyat davam etdirilir. Əməliyyata Peşmergə qüvvələri və böyük əksəriyyəti Başika düşərgəsindəki Türk əsgərlərinin təlim keçdiyi Ninova Mücahidləri də dəstək verir.  Şəhərdəki Əl Məlayin bölgəsinə nəzarət edən İraq əsgərləri 98 məhəllədə təhlükəsizliyi təmin edib. Bisan və Rəşidiyə məhəllərində isə toqquşmaların iki gündür davam etdiyi bildirilib.

ABŞ-ın başçılığındakı koalisiya qüvvələrinə məxsus qırıcılar da məhəllələrdəki terror təşkilatı DEAŞ hədəflərini vurmaqda davam edir. Terror təşkilatının Dəclə çayının qərbinə keçmək üçün istifadə etdiyi bərələr də qırıcı təyyarələr tərəfindən məhv edilib. Oktyabrın 17-də həyata keçirilməyə başlanan Mosul əməliyyatına start verildiyi gündən bəridir 160 mindən artıq iraqlı ev-eşindən olub. Mühacir iraqlı sayı isə 140 mini ötüb.

Xudaferin.eu

12:10