Kiyevlə Moskva arasında yaşanan pasport gərginliyi davam edir

 

Ukrayna Dövlət Başçısı Petro Poroşenko, Rusiyaya tətbiq olunan sanksiyaların artırılmasını tələb edib. Petro Poroşenko eyni zamanda Rusiyanın, ölkənin şərqindəki separatçıların pasport, doğum-ölüm kimi müxtəlif sənədlərini rəsmiyyətdə qəbul etməsinə reaksiya verib və Rusiyaya tətbiq olunan sanksiyaların artırılmasını tələb edib.

Petro Poroşenko, Avropa İttifaqının humanitar yardım və böhran komitəsindən məsul komissarı Christos Stylianides keçirdiyi görüş zamanı Minsk razılaşmasının davamlı pozulduğunu, Beynəlxalq hüquqa görə separatçılar tərəfindən verilən sənədlərin rəsmiyyətdə qəbul edilməsi, legitim olmayan qruplaşmanın da rəsmiyyətdə tanınması mənasını verdiyini bildirib və Rusiyaya qarşı sanksiyaların artırılmasını istəyib.

Qeyd edək ki, Rusiyanın dövlət başçısı Putin, həftə sonu Ukraynanın şərqində separatçıların nəzarətindəki Donbas bölgəsində yaşayanların pasport, doğum-ölüm kimi müxtəlif sənədlərinin Rusiyada qəbul edilməsini nəzərdə tutan sərəncam imzalamışdı. Kremlin mətbuat sözcüsü Dmitriy Peskov, qərarnamənin Minsk müqaviləsinə zidd olmadığını irəli sürmüşdü.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

08:59