Kiyevdə demokratiya uğrunda həlak olanların xatirəsi anılıb

 

Üç il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verən qanlı hadisələrdən 3 il keçir.

Fevralın 19-da Azadlıq meydanına yığışan yüzlərlə adam həmin vaxt həyatını qurban verənləri anıb. Həlak olanların xatirəsinə ucaldılan abidə çiçəklərlə dolub-daşıb.

2014-cü ildən Ukraynanın şərqində Ukrayna ordusu ilə Rusiya tərəfdarı olan separatçılar arasında silahlı toqquşmalar şiddətlənib. Həmin il fevralın 18-20-də Kiyevdəki baş meydanda snayper gülləsi ilə 100-dən artıq adam həlak olmuşdu. Meydan hadisələri Rusiyameyilli Viktor Yanukoviçin devrilməsi və Krımın Mosrkva tərəfindən ilhaq edilməsiylə nəticələndi.
Qeyd edək ki, Ukrayna xalqı demokratiya uğrunda verdiyi savaşdan bir an da geri çəkilmək fikrində deyil. Ukrayna xalqı inanır ki, Rusiya tərəfindən bu gün işğal altında olan əraziləri də çox yaxın dönəmdə geri qaytarılacaq. Artıq tarixdə ilk dəfədir ki, qardaş xalqın tam özgür bir Ukrayna dövlətinin olmasına bu gün daha çox inam vardır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

11:12