KİV: Tailandın baş nazirini ölümlə hədələyirlər

Tailandın baş naziri və müdafiə naziri Pravit Vonqsuvanunu ölümlə hədələyirlər. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb. 

Krallığın səhra piyada qoşunlarının baş komandanı Çarlemçay Sitthisatın sözlərinə görə, təhdidlərin arxasında real sui-qəsd dura bilər. O, həmçinin sosial mediadan baş nazirin müavini Prayut Çan-Oçinin ünvanına da təhdidlərin gəldiyini təsdiqləyib. 

Bu informasiyanın araşdırılması ilə xüsusi xidmət orqanları məşğuldur, təhlükəsizlik xidməti isə mühafizəni gücləndirib, general bildirib.

“Əminəm ki, heç nə olmayacaq. Təhdid edənlər cəzalarını alacaqlar”, - o qeyd edib. 

Xudaferin.eu

14:31