Kitabsevərlər Gəncə Uşaq Evində

 

Hər il olduğu kimi bu il də, Gəncə Kitab Klubunun bir qrup fəal üzvünün və Gəncə Dövlət Universitetinin müəllimi Ümid İsmayılovun təşkilatçılığı ilə Gəncə Uşaq Evində Novruz bayramı münasibətilə tədbir keçirilib. Gənclər, balacalarla birlikdə müxtəlif nağıl kitabları oxuyub, onlarla birgə müzakirə aparıblar.

Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova, Klubun fəalları, Gəncə Dövlət Universitetinin müəllimi Ümid İsmayılov bayram sovqatını uşaqlara təqdim edib, maraqlı oyunlar, viktorinalar, rəqslər təşkil edərək, balacaları əyləndiriblər. Uşaqlar şeirlər söyləyib, səhnəciklər, rəqs nömrələri nümayiş etdiriblər. Tədbirin təşkilatçıları uşaqların bayramını təbrik edib, Novruz bayramının adət-ənənələrindən danışıb, hər kəsə xoşbəxtlik, sağlamlıq və bütün arzularının reallaşmasını arzulayıblar. Onlar, keçirilən tədbirin bayram əhval-ruhiyyəsinin artmasına xidmət etdiklərini, körpələrin sevincli anlar yaşamasından məmnunluğunu gizlətməyiblər.

 

Hicran Məmmədova

Gəncə

10:42