Keniyada bəndin dağılması nəticəsində azı 20 nəfər ölüb

Keniyada bəndin dağılması nəticəsində həlak olanların sayı azı 20 nəfərə çatıb, 10 nəfər itkin düşüb, 39 nəfər isə xəsarət alıb.

Xudaferin.eu xəbər verir ki, yerli “Standart media” nəşrinin yaydığı məlumata görə, insident mayın 10-na keçən gecə “Patel” bəndində baş verib. Hadisə nəticəsində sıx məskunlaşmış bir neçə kəndi su basıb. Yerli hökumət nümayəndələrinin sözlərinə görə, hazırda zərər çəkən ərazilərdəki əhali təxliyə olunur.

Nəşrin məlumatına əsasən, 100-dən çox ev su altında qaldığı üçün həlak olanların sayı arta bilər.

Xudaferin.eu

12:27