KEÇMİŞİNİ UNUDAN MİLLƏT , GƏLƏCƏYİNİ QURMAQ GÜCÜNÜ DƏ İTİRİR ....

Tarixin elə səhifələri var ki, onları sadəcə oxumaq kifayət etmir — onları yaddaşa həkk etmək, nəsildən-nəslə ötürmək və hər zaman xatırlamaq lazımdır. 

 Azərbaycan xalqının XX əsrdə yaşadığı ən ağır faciələrdən biri olan Stalin repressiyaları məhz belə unudulmamalı dərslərdən biridir.
    1937–1938-ci illər .....
   Bu  illərdə Sovet hakimiyyətində oturmuş antiazərbaycan dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın və onların yerli  nökərlərinin əli ilə təxminən 70-80 min Azərbaycan  ziyalısı məhv edildi.
    Bu tarixlər sadəcə rəqəmlər deyil — bu, xalqın düşünən beyninin sistemli şəkildə məhv edildiyi, ziyalı təbəqənin kökündən qoparıldığı çox acı və qara dövrdür. 
  Akademik, tarixçi Ziya Bünyadov bu faciəni təsvir edərkən, həmin illərdə minlərlə günahsız insanın necə “xalq düşməni” damğası ilə məhv edildiyini açıq şəkildə ortaya qoymuşdur.
   Alimlər, yazıçılar, müəllimlər, din xadimləri, hərbçilər — bir sözlə, xalqın düşünən, yaradan, yol göstərən təbəqəsi hədəfə alınmışdı. Bəzən təkcə bir xarici dil bilmək belə ölüm hökmünə çevrilirdi. “Məhkəmələr” cəmi 15 dəqiqə çəkirdi — bu isə ədalətin deyil, planlı qətliamın göstəricisi idi.
     Bu repressiyalar nəticəsində 70–80 minə yaxın azərbaycanlı ziyalı məhv edildi. Bu, sadəcə insan itkisi deyildi — bu, bir millətin gələcəyinə vurulan zərbə idi. Çünki ziyalılar bir xalqın yaddaşıdır, onun istiqamətidir, onun inkişafının əsas dayağıdır. Onlar yox ediləndə, xalq illərlə, bəlkə də onillərlə geri düşür.
   O illərin repressiya maşını təkcə fərdləri deyil ;  ailələri, nəsilləri, bütöv bir düşüncə mühitini məhv etdi.   
   Sürgünlər, qorxu, susqunluq və inamsızlıq cəmiyyətin ruhuna hopdu. İnsanlar danışmaqdan, düşünməkdən, hətta fərqli olmaqdan çəkinməyə başladı. Bu isə ən böyük faciələrdən biri idi — çünki qorxu azad düşüncəni öldürür.
  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra repressiya qurbanlarına bəraət verildi. 
  Amma bu, itirilmiş həyatları geri qaytara bilməzdi. Bu, yalnız tarixi ədalətin qismən bərpası idi.
Bu gün bizim borcumuz yalnız xatırlamaq deyil — həm də nəticə çıxarmaqdır.
  Tarix bizə göstərir ki, milli yaddaş zəifləyəndə, faciələr təkrarlanmaq təhlükəsi yaradır. 
   Əgər biz o dövrün dərslərini unutsaq, eyni səhvlərin yenidən baş verməsi qaçılmaz olar.
  Unutmaq — susmaq deməkdir. Susmaq isə haqsızlığa yol açır.
   Tarixdən dərs almayanlar, onu yenidən yaşamağa məhkumdur. Unutsaq — yenə uduzarıq.

  Müəllif : Qəvami Sadıqbəyli.

Xudaferin.eu

12:41