Kədər qarışıq qəzəb: gəncəli körpələrin qətlə yetirildiyi məkanda içilən AND

Dövlət başçısının Gəncə səfərindən çəkilmiş fotoya diqqət edin, lütfən!

Dağıdılmış yaşayış binaları, uşaq oyuncaqları, yanında düzülmüş çiçəklər və onların yanına sancılmış üçrəngli bayrağımız...

Azərbaycan Prezidenti səfər zamanı heç nə danışmasaydı belə, bu şəkil erməni faşizminin ifşası baxımından yetərli ola bilərdi. 21-ci əsrdə hansı ölkənin lideri öz ölkəsində belə mənzərə ilə üz-üzə qalıb?..

Dünyada ədalət olsaydı, təkcə bu kadrlara istinad edib, Emənistanı yarandığına peşman edərdi, bu ölkənin keçmiş və indiki siyasi, hərbi rəhbərliyini Beynəlxalq Tribunalda süründürər, sonda ədalətli qərarını verər, bir dərs olardı. Amma hardadır ədalət? Prezident keçən dəfə demədimi ki, o, hakimiyyətə yeni gələndə dünyanın ədalətinə inandığı halda, sonrakı illərdə ədaləti Azərbaycanın bərpa etməli olduğunu yəqinləşdirib...

16436100544029058815_1000x669.jpg (588 KB)

Bu foto Azərbaycanın ikinci paytaxtının savaş günlərinin tablosudur. 2020-ci ilin 27 sentyabrında “yeni müharibə, yeni ərazilər” devizi ilə Azərbaycana qarşı hücuma keçən Ermənistan elə savaşın ilk günlərində burnunun ovulduğunu görüncə, hərbi cinayətlərə əl atdı, şəhər, rayon və kəndlərimizə mərmilər yağdırılmağa başladı. Döyüş meydanından çox-çox uzaqda olan Gəncəyə ilk raketlər 4 oktyabr gecəsi “yağdı”. Yuxuda olan körpələri hədəfə aldı alçaq düşmən. Serj Sərkisyan vaxtilə etiraf etmişdi: “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiklərini zənn edirdilər”.Sərkisyanın xələfləri bu dəfə Gəncə əhalisinə yaşatmağa çalışdılar Xocalını. Daha sonra 8 otyabrda, sonra 11-də, daha sonra 17-sində. Hər birində gecə yarısı, Xocalı soyqırımında olduğu kimi, əhali yatan zaman, daha çox insan tələfatı olsun, deyə...Dünya birliyi baş verənlərə kar və kor oldu. Hətta hadisədən “xəbərsiz” olduğunu iddia edən Ermənistana qarşı heç bir bəyanat olmadı. İlk terror aktının məsuliyyətini üzərinə götürən Araik Arutyunyan isə bu günədək əl-qolunu sallayıb gəzir. Arutyunyanın başçılıq etdiyi quldur rejimə Ermənistan hökuməti bu il 288 milyon dollar vəsait ayırıb. Gəncə terrorunu “dilucu” pisləyən Avropa İttifqı isə İrəvana 2,6 milyard avronun vədini verib. Hansı xidmətlərinə görə? Gəncəli körpələri, qadın və qocaları yatdığı yerdə Toçka-U” və “SCUD” raketləri ilə öldürdüyünə görəmi? Bəlkə yeni raketlərlə təminatın maliyyəsidir. Gəncə terroru zamanı həlak olan 6 uşağın, ümumilikdə 26 mülki sakinin qatillərini, hərbi caniləri mükafatlandırmaqda məqsədləri nəymiş görən?! Gəncə 13 dəfə bombalandı, onlardan 5-i partlamadı. Təsəvvür edin, o raketlər də partlasaydı, görün o zaman fəlakətin miqyası hansı dərəcədə olardı. Amma dinc sakinlərin ballistik raketlərlə hədəfə alınması faktlarına biganə oldu dünya. Hansı ki, onlar Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etməsinin qarşısını almaq üçün əllərindən gələni etdilər, hələ də edirlər...

16436100542769231414_1000x669.jpg (463 KB)

Dövlət başçısı AZƏRTAC-a, çox mühüm mesajların, xəbərdarlıqların və məlumatların olduğu növbəti müsahibəsini məhz bu məkanda verdi. Şübhəsiz ki, bu məkan təsadüfən seçilməmişdi. İnformasiya müharibəsində bu kimi məkanların təqdimatı erməni faşizminin ifşası baxımından önəmlidir. Prezident Qarabağa səfərlərində bir qayda olaraq məhz erməni vandalizminin “əl işləri”nin önündə deyir sözlərini. Ağdama, Zəngilana, Cəbrayıla, Füzuliyə...səfərlərində də belə olub, cənab Ərdoğanla Şuşa Bəhyannaməsi də məhz Şuşanın dağıdılmış incilərindən birinin önündə imzalanıb.

Ölkə prezidenti alçaq düşmənin əməllərinə görə qəzəbliydi. Həm də dünyanın ədalətsizliyinə görə. “Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır”.

 

 

Dövlət başçısının dediyi kimi, Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmadı, biz müharibəni ləyaqətlə apardıq, döyüş meydanında düşmənə cavab verdik. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda Ali Baş Komandan deyirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq, ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Belə də oldu. Bununla da Azərbaycan xalqı bir daha böyüklüyünü, dövlətimiz siyasətiminin düzgünlüyünü göstərdi. Yaxşı xatırlayırıq, Gəncə bombardmanları zamanı yaralananlardan biri şəhər sakini olan erməni qadın idi. Azərbaycanda rahat, təhlükəsiz yaşayan bu qadını məhz onun millətindən olanlar gecə yarısı qanına boyamışdılar, “Dağlıq Qarabağ” ətrafındakı rayonları “təhlükəsizlik zolağı” adlandırıb da, 30 ilə yaxın işğalda saxlayanlar...Bir erməni sakinin burnu qanamadı bu müddətdə, hətta Hadrut azad olunanda ordakı yaşlı ər-arvadı Azərbaycan hərbçiləri xilas etdi, erməni işğalçıların qoyub qaçdığı adamları. Bütün bunlar gerçəkliklərdir, Hollivudda məhz bu cür kadrların yer aldığı filmlər çəkilməkdənsə, Azərbaycanı ittiham edən, erməni faşizminin ssenarisi ilə yazılan kino səhnələri çəkilir bu günlərdə də...Çünki ədalət anlayışı yaddır onlara. Düzdür, həmsədr ölkələrin səfirləri bu günədək Şuşaya getməyiblər, amma Gəncədə ki olublar, ermənilərin məhv etdiyi günahsız körpələrin özlarindən sonra qalan oyuncaqlarını, gəlinciklərini öz gözləri ilə görüblər. Amma yox, yəqin sadəcə baxıblar, görməyiblər...

 

 

16436100551717236991_1000x669.jpg (438 KB)

Amma bu işdə usanmaq yoxdur. Görmək istəməyənlər də görəcəklər, dövlət başçısının təməlini qoyduğu Memorial Kompleks də illər boyu Gəncə həqiqətlərini göstərəcək. Gəncədə inşa olunacaq, 4 hektar ərazini əhatə edəcək Memorial Kompleksin ərazində dağıdılmış binalar da olduğu kimi saxlanılacaq. Prezidentin bu məsələdə mövqeyi dəyişməzdir. Sitat: “Bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın!.. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı”.

Əslində bu, təkcə xalqımıza ismarış deyil, həm də bəşərə xitabdır, dünyanı xilas çağırışıdır. Faşistlərin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu deməklə Azərbaycan Prezidenti əslində bütün dünyanı ayılmağa çağırmış oldu. Dəfələrlə deyib ki, cəllad Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır və buna son qoyulmalı, faşist və cəlladın izi-tozu hər yerdən silinməlidir. Çünki bu cəllad günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir, dünya yenə görməzdən gəlir. Faşist Njde haqqında çəkilmiş filmin yayımının qadağan edilməsi çıxış yolu deyil. Ermənistandakı həmçinin rus sülhməramlıların yerləşdiyi torpaqlarımızdakı “njde”lərin boğazına kəndir keçirib sürümək lazımdır. Gec-tez Azərbaycan buna da nail olacaq, amma niyə faşizmə qarşı mübarizədə də bizə dəstək gəlmir?..

Məhz bu cür gözyummalar, stimullaşdırmalardır ki, Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri, savaş günlərində Xankəndidən “dovşan kimi qaçan” Serjik Sərkisyanla Robert Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Hətta yenidən Şuşaya dil uzadırlar. Dilləri yerindən qoparılmayınca, belə olacaq. Prezident növbəti dəfə xəbərdarlıq etdi: “Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik”.
 

 

 

 

 

Bəli, alman faşizmindən də dəhşətlisidir erməni faşizmi, uşaq qatilləri! Azərbaycan ordusu 44 gündə faşizmin başını əzdi, amma ilan ulduz görməyəndə ölmədiyi kimi, erməni faşizmi də canını tapşırmayıb, deməli, işimiz bitməyib. Qalib ölkənin lideri də sözünü dedi, xəbərdarlığını etdi. Bir də!!! Bu, sadəcə söz deyildi, həm də AND idi, yatdığı yerdə öldürülən uşaqların, dinc sakinlərin ruhu qarşısında, elə ermənilərin hərbi cinayətlərinə şahid olan darmadağın evlərin qarşısında dilə gətirilən AND! Dövlət başçısının gözlərində kədər qarışıq qəzəbi gördüm. Uşaq qatillərini cəzalandıracaq, mütləq!!!

16436100541421612466_1000x669 (1).jpg (539 KB)

Söz: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik!”
Dediyini etdiyini ermənilər də yaxşı bilir, havadarları da...

Elşad PAŞASOY

Mənbə musavat.com​

Xudaferin.eu

 

 

 

 

 

17:30