Əkbər Əbilzadə Təbriz məhkəməsinə çağırıldı

 

İran mollakratiyanın rejimi Güney Azərbaycanda “ictimai xof” siyasəti davam edir

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Əkbər Əbilzadə gələn çağrış bəlgəsinə əsasən o, 16 mart tarixində səhər saat 9:00 radələrində “Tərbiz İnqilab Məhkəməsi”ndə olmalıdır.  İran mollakratiya rejiminin iddiasına görə, milli fəal “rejim  əleyhinə qrup toplayaraq fəalliyyət göstərmək”də günahlandırılır.

Xatırladaq ki, son bir həftədə rejim Əhər şəhərində 10-dan artıq milli fəala məhkəmə çağrışı bəlgəsi yollayıb. Beləliklə Ərdəbil vilayətinin milli fəallarının gözünü qorxutmaq üçün bir sıra insanları məhkəmələrin bürokratik oyunlarına cəlb etmək taktikası ilə hərəkət edilir. Əhalinin arasında “ictimai xof” taktikasına güvənən mollakratiya rejiminin xüsusi cəza dəstələri saxta ittihamlarla yenidən zindanları doldurmağa cəhd edir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
 

 

10:04