Kaspşik Ermənistanda danışıqlarda

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

Xudaferin.eu-nun News.am-a istinadən məlumatına görə, Kaspşik Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Tərəflər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Kaspşik bundan sonra da vasitəçi missiyasında maksimum səylərini davam etdirəcəyini vurğulayıb.

15:22