Kaliforniyada minlərlə bina kül olub

ABŞ-ın Kaliforniya ştatında demək olar ki, min kvadrat kilometr ərazini əhatə edən və “Tomas” adı verilən meşə yanğınları nəticəsində azı 1000 bina məhv olub.

Xudaferin.eu xəbər verir ki, onlardan təxminən 700-ü yaşayış binasıdır. Artıq 10 gündür ki, ştatda tüğyan edən yanğınlar ümumilikdə 18 min tikiliyə təhlükə törədir. Təbii fəlakətlə mübarizəyə 8 minə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp bölgədə fövqəladə vəziyyət rejimi elan edib, həmçinin federal agentlikləri meşə yanğınları ilə mübarizəyə çağırıb.

Alovun sürətlə yayılması səbəbindən ştat rəhbərliyi 200 mindən çox insanın təxliyə olunmasına göstəriş verib.

Xatırladaq ki, Kaliforniyada bu ilin oktyabrında baş vermiş şiddətli meşə yanğınları nəticəsində 40-a yaxın insan həlak olmuş, bir neçə min tikili dağılmışdı.

Xudaferin.eu

16:54