Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.
Əsrin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir. İstedadlı aktyorlar Habil Xanlarov, Vəfa Qurbanova, Rövşən Əsgərov,Siyavuş Mahmudov maraqlı oyun nümayiş etdiriblər.
Rejissor traktovkasını psixoloji gərginliyi anlada bilən musiqi tərtibatı və dramaturgiyaya xidmət edən bədii dekorasiya tamamlayır. Quruluşçu rejissor Namis Şirməmmədov dramatizmi, faciənin miqyasını, obrazların mürəkkəb daxili strukturunu Xeyir və Şər münasibətlərində məharətlə aydınlada bilib. Atanın oğluna kəsdiyi ölüm hökmünün dramaturgiyasını ağlı-qaralı rəngləri ilə tamaşaçıya çatdırmağı bacaran quruluşçu rejissorun hökmü isə ümumilikdə müsbət qiymətləndirilib.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İslam Həsənov, baş rejissor, əməkdar artist Firudin Məhərrəmov, rejissor Vasif Məmmədov, əməkdar artist İzaməddin Bağırov, Sədaqət Nuriyeva və başqaları tamaşa haqqında rəylərini bildirdilər. Sonda tamaşanın quruluşçu rejissoru, əməkdar artist Namis Şirməmmədov Kafka kimi qüdrətli bir sənətkara müraciət etməyin məsuliyyətini bütün yaradıcılıq prosesində duyduğunu söylədi və tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Kafkanın “Hökmü” Sumqayıt səhnəsində

Xudaferin.eu
"Sumqayıt Bürosu"
10:36
Digər xəbərlər