Kabildə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Aprelin 30-da səhər saatlarında Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb, daha 27 nəfər yaralanıb.

Xudaferin.eu Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışlardan biri terrorçu-kamikadze tərəfindən motosikletlə törədilib. Digər parlayış nəticəsində həlak olan və yaralananlar arasında “TOLOnews”, 1TV, “Al Jazeera” telekanallarının və digər KİV-lərin əməkdaşları var. France-Presse agentliyi insident nəticəsində öz fotoqrafı Şa Marainin həlak olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Xudaferin.eu

11:56