Jurnalistləri canlı yayımda güllələdilər – VİDEO

Dominikan Respublikasında yerli radiostansiyanın əməkdaşlarını canlı yayımda güllələyiblər.

Xudaferin.eu “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə San-Pedro de Makoris şəhərində baş verib. 

Bir qrup şəxs 103FM radiostansiyasının studiyasına daxil olaraq işçilərə atəş açıb. 

“Facebook” sosial şəbəkəsində yerləşdirilən videoda atəş səsləri açıq-aydın eşidilir. 

Silahlı hücum nəticəsində aparıcı Luis Manuel Medina və prodüser Leo Martines öldürülüb. Daha bir jurnalist isə ağır yaralanıb, hazırda o xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar polis üç şübhəli şəxsi saxlayıb, cinayətin motivləri müəyyənləşdirilir.

Xudaferin.eu


 

22:24