Jan-Mişel Brun: Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi üçün mühüm ölkəyə çevrilib

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfrans böyük əhəmiyyət daşıyır. Azərbaycan bu regionda sabitliyinin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilib.

Bunu AZƏRTAC-a müsahibəsində jurnalist Jan Mişel Brun söyləyib.

Şuşaya səfərindən məmnunluğunu ifadə edən jurnalist deyib: “Bu, mənim Şuşaya beşinci səfərimdir. Mən Şuşa haqqında kitab yazmışam və bu kitab öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan xalqının yenidən dirçəlişini təcəssüm etdirir. Beləliklə, bugünkü konfrans çox əhəmiyyətlidir. Burada olan jurnalist və ya mütəxəssislərin bütün suallarına çox aydın şəkildə cavab verməyə həmişə açıq olan Azərbaycan Prezidentinə suallar verməkdən şadıq".

Xudaferin.eu

16:45