İtkin düşən alpinistlərin axtarışları davam edir - FHN

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

Metbuat.az

17:27