İtaliya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb.

AZƏRTAC xəbər verir ki, qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

İtaliyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədri Paolo Qrimoldi səfərin məqsədi barədə jurnalistlərə müsahibə verib. O deyib ki, Azərbaycan-İtaliya dostluq münasibətləri çox sıx şəkildə inkişaf edir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birdir və biz bu əməkdaşlığı dəstəkləyirik. Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi 6,2 milyard dollardır və bu rəqəm daha da artacaq.

AZƏRTAC

17:23