Bəlkə də elə buna görə bu gün bir it kimi çox kədərliyəm.
Mən itəm… Amma Vətəni tanıyıram.
Mənim üçün Vətən xəritədə çəkilmiş sərhədlər deyil. Vətən - insanın ilk dəfə gözlərini açdığı evdir. Anasının səsi, atasının kölgəsidir. Uşaqlığının keçdiyi küçə, ayaqyalın qaçdığı torpaq, bir vaxtlar qapısında gözlədiyi ocaqdır.
Vətən - insanın ürəyində ömür boyu daşıdığı bir həsrətdir.
Biz itlər də ocaqları qoruyuruq.
Sədaqətlə…
Səssizcə…
Bəzən bir tikə çörəyə, bəzən də bir nəvazişə görə.
Amma biz bilirik ki, ocaq yalnız daşdan, divardan ibarət deyil.
Ocaq - insanın qayıtmaq istədiyi yerdir.
İt olsam da, məndə o ocağın sakiniyəm...
Dünyada sivil, demokratik dövlətlər bir-birinə yaxınlaşır, vizanı aradan qaldırırlar, insanlar doğmalarına, dostlarına, ata-baba yurdlarına daha asan qovuşurlar. Dünya kiçilir, yollar uzansa da, insanlar bir-birinə daha da yaxınlaşır.
Amma bizim yollarımızın bir qismi hələ də bağlıdır.
Quru yollar bağlıdır…
Və mən düşünürəm:
Bəzən yol bağlananda yalnız avtomobillər dayanmır.
Bəzən bir ananın həsrəti yolda qalır.
Bəzən bir atanın arzusu sərhəddə dayanır.
Bəzən illərlə doğma torpağını görməyən bir insanın gözlərindəki ümid sönür.
Çünki yol yalnız yol deyil.
Yol - qovuşmaqdır.
Yol - doğma torpağa qayıtmaqdır.
Yol - illər sonra bir məzarı ziyarət etməkdir.
Yol - bir evin qapısını döyüb “Mən gəldim” deməkdir.
Ən ağır olan isə budur…
Qarabağ uğrunda canından keçən oğulların anaları, ataları, övladları bəzən onların qanı ilə azad edilmiş torpaqlara belə rahat az pula gedə bilmirlər.
Düşünürəm…
Bir ana var. Oğlunu Vətənə yola salıb.
Bəlkə də son dəfə onun üzünə baxıb.
Bəlkə də “özünü qoru, bala” deyib.
Amma oğul qayıtmayıb.
Oğul Vətən torpaqda əbədi daşa dönüb qalır.
İndi həmin ana illər sonra oğlunun döyüşdüyü torpağa gəlir.
Bəlkə o torpağın daşına əlini sürtüb pıçıldamaq istəyir:
“Oğlum, gəldim…”
Amma o ana gecələməyə bir otaq tapa bilmir.
Bəlkə də bunu oxuyanlardan kiminsə ürəyindən keçəcək:
“Bir otaqdan ötrü bu qədər danışmağa dəyərmi?”
Mən deyərdim:
Bəli, dəyər!!!
Çünki söhbət bir otaqdan getmir.
Söhbət bir şəhid anasının öz oğlunun uğrunda can verdiyi torpaqda özünü sahibsiz hiss etməsindən gedir.
Söhbət bizim insanlığımızdan gedir.
Şəhid anası qapı-qapı qalacaq yer axtarmamalıdır!
Şəhid anası haraya gedirsə, orada bir evin qapısı onun üzünə açılmalıdır.
Çünki o ana öz oğlunu Vətənə verib.
Biz isə ona heç olmasa bir gecəlik Vətən doğmalığı verməliyik.
Mən Sovet dövrünü də görmüşəm.
O illərdə də insanın öz ölkəsinin bəzi yerlərinə getməsi, doğmalarına qovuşması müxtəlif məhdudiyyətlərlə üzləşirdi. Öz Vətənində yaşayıb, öz Vətəninin içində bəzən uzaqlara həsrət qalmaq necə ağırdır - bunu görmüş nəsil bilir. Öz doğma ölkəndə VİZA rejimi...Naxçıvana, Cənub bölgəsinə ciddi viza rejimi...
İndi zaman dəyişib.
Dünya dəyişib.
Sərhədlər dəyişib.
Amma insan dəyişməyib.
İnsan yenə doğulduğu torpağa qayıtmaq istəyir.
Anasının məzarını ziyarət etmək istəyir.
Atasının qəbrinin başında dayanmaq istəyir.
Uşaqlıq küçəsindən keçib, bir anlıq keçmişinə qayıtmaq istəyir.
Çünki insanın doğulduğu torpaqdan uzaq düşməsi bəzən dünyanın ən böyük sürgünüdür.
Bəzən düşünürəm…
Biz itlər sovet vaxtı siz insanlardan daha xoşbəxt idik.
Heç olmasa, doğma yerlərə getmək üçün bizdən viza istəmirdilər.
Sadəcə, bəzən o yerlərə çatmağa aclıqdan taqətimiz olmurdu… Sizlər bizə nisbətən talonla birşey tapıb yeyərdiniz...
İndi isə mən bir it kimi susuram.
Çünki mən Azərbaycan məmuru deyiləm. Yalan danışmağı bacarmıram. Yaltaqlığı da bilmirəm, yalaqlığı da...
Mən gördüyümü hiss edirəm, hiss etdiyimi deyirəm.
Amma hər danışanda içimdəki ağrı bir az da böyüyür.
Ona görə susuram…
Siz isə bir az düşünün.
Düşünün ki, insan öz doğma Vətənində yol həsrəti çəkirsə, bu necə böyük bir dərddir.
Düşünün ki, bir şəhid anası öz oğlunun uyuduğu torpağa gedəndə qarşısına çıxan hər bir maneə əslində bizim hamımızın vicdanına toxunmalıdır.
Düşünün ki, Vətən uğrunda can verənlərin xatirəsini qorumaq yalnız onların adını küçələr verməkdən, abidələr ucaltmaqdan ibarət deyil. Onların analarının əlindən tutmaqdır.
Bəzən bir gecəlikdə olsa qapıları şəhid valideyinlərin üzünə açmaqdır.
Bəzən “Ana, sən tək deyilsən” deməkdir.
Çünki şəhidlər ölmürlər…
Onlar analarının gözlərində yaşayırlar.
Onlar torpağın qoxusunda yaşayırlar.
Onlar bizim yaddaşımızda yaşayırlar.
Və biz onların əmanətlərinə sahib çıxmadıqca, onların ruhuna layiq olduğumuzu necə deyə bilərik?..
Mən itəm…
Amma mənim də qəlbim var.
Mənim də yaddaşım var.
Mənim də həsrətim var.
Mən də doğma ocağı qoruyuram.
Bəlkə buna görə bu gün sizin dərdiniz mənim də dərdimdir.
Sizin bağlı yollarınız mənim də ürəyimi sıxır.
Sizin Vətən həsrətiniz mənim də içimdə bir ulamağa çevrilir.
Çünki Vətən yalnız insanın doğulduğu yer deyil.
Vətən — insanın qayıda bildiyi yerdir.
İnsan öz Vətəninə həsrət qalırsa, deməli, dünyanın ən ağır həsrətlərindən birini yaşayır.
Mən itəm…
Amma bəzən düşünürəm:
Bəlkə də it olmaq insan olmaqdan asandır.
Çünki biz itlər sədaqəti unutmuruq.
Ocağımızı unutmuruq.
Sahibimizi unutmuruq.
Doğma qoxuları uzaqdan tanıyırıq.
Və yolumuz açıq olanda, heç kimdən icazə istəmədən öz ocağımıza qayıdırıq.
İndi isə sizdən bircə xahişim var:
Bir az düşünün…
Bir az hiss edin…
Bir az da vicdanınızla baxın.
Çünki yolları bağlamaq olar…
Sərhədlər çəkmək olar…
İnsanların qarşısına maneələr qoymaq olar…
Amma Vətən həsrətini heç bir sərhəd, heç bir qapı, heç bir qadağa bağlaya bilməz.
İnsan öz doğma torpağına qovuşa bilməyəndə, onun içində görünməyən bir yol yaranır.
O yol ürəkdən başlayır…
Və həsrətlə uzanıb gedir.
Mən itəm…
Bu gün mənim də bayramımdır.
Amma qəribədir…
Bu gün mən sevinə bilmirəm.
Çünki siz kədərlisiniz.
Sizin həsrətiniz mənim həsrətimdir.
Sizin ağrınız mənim ağrımdır.
Sizin yolunuz bağlıdırsa, mənim də ürəyimdə bir qapı bağlanır...
İT OLSAM DA, İNSANLAR KİMİ DƏRDSİZ DEYİLƏM…
İt olsam da, insanlardan az qanmaz deyiləm…

İmza: Ham-Ham Çəmbərli
Xudaferin.eu
07:13
Digər xəbərlər