“İƏT-dəki açıqlamalar bizi təsirləndirmədi” - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds konfransı ilə bağlı açıqlama verib.

Xudaferin.eu-nun məlumatına görə, Netanyahu açıqlamasında bildirib ki, İƏT-in fövqəladə iclasındakı bəyənatlar, açıqlamalar onları təsirləndirməyib: “Bu açıqlamalar bizi təsirləndirmədi. Nəticədə həqiqət qazanacaq və bir çox ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, səfirlikliklərini ora köçürəcək”.

Netanyahu deyib ki, fələstinlilər bu həqiqəti qəbul etməli və ekstremizmin əvəzinə sülh üçün çalışmalıdılar.

Qeyd edək ki, ötən gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüdslə bağlı fövqəladə iclasında yekun bəyənat qəbul olunub. Bəyənatda İƏT Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı elan edib. Eyni zamanda, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınması ilə bağlı çağırış da yekun qərarda yer alıb. Sammitin yekun sənədində Trampın Qüdslə bağlı qərarının heç bir hüquqi qüvvəyə malik olmaması da qeyd edilib.

Xudaferin.eu

16:51