İsveçin Malmö şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib - FOTOLAR, VİDEO
Ötən gün Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib. Xudaferin.eu-ya daxil olan məlumata əsasən tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi rəhbəri Aya Coşqun olub. Tədbirdə Sosial Demokrat partiyasindan olan millət vəkili Hillevi Larsson, həmçinin sözügedən partiyanın siyasi katibi Nihad Pasalic, eləcə də İsveçin müxtəlif şəhərlərindən gələn qonaqlar iştirak edib.
Güney Azərbaycan Demokrat Partiyasının (GADP) Sözcüsü Mahmud Bilgin, Göteborg şəhərində fəaliyyət göstərən Min Röst ( Mənim səsim ) dərnəyinin rəhbəri Rasim Cabbarov , "Yanar" dərnəyinin rəhbəri Əfsanə Sulduzlu, "Hatun" dərnəyinin sədri Vəfa Babayeva, "Yeni Müsavat" qəzetinin keçmiş əməkdaşı Şahnaz Mətləbqızı tədbirdə iştirak ediblər.
Sosial Demokrat Partiyasının Malmö şəhəri üzrə siyasi katibi Nihad Pasalic də tədbirin şərəf qonaqları arasında olub.
Azərbaycanın xalq artisti Elnarə Abdullayeva da tədbirdə öz mahnıları ilə çıxış edib. Tədbir zamanı cümhuriyyətin 100 illiyi ilə bağlı film nümayiş etdirilib. Mərasim Azərbaycan və İsveçin himnləri ilə açılıb.

Xudaferin.eu
12:42
Digər xəbərlər