İsveçin Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib

Stokholmdakı terror aktı ilə əlaqədar İsveçin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, cümə günü baş vermiş terror aktından sonra şənbə günü İsveçdə matəm elan olunub. Bununla əlaqədar bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-dək səfirlik binasındakı bayraq yarıya gədər endirilib. Saat 14:00-da isə bir dəqiqəlik sükut elan olunacaq. 

Xudaferin.eu

19:45