İstiqlal Muzeyində milli qəhrəmanlarımızın şəxsi əşyaları nümayiş olunacaq

Noyabrın 30-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək. Muzeydən bildirilib ki, tədbir milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə təşkil olunur. Sərgidə Salatın Əsgərova, İsgəndər Aznaurov, Ələkbər Əliyev, Eldar Tağızadə, Əfqan Hüseynov, Ələsgər Novruzov, Hikmət Nəzərli, Məzahir Rüstəmov, Gültəkin Əsgərova və digər milli qəhrəmanların şəxsi əşyaları nümayiş olunacaq.

Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanlara həsr edilmiş sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.

Xudaferin.eu

 

 

12:15