İstanbulda terroçuluqda suçlanan 7 Rusiyalının məhkəməsi başlayıb

Bu barədə Türkiyə və Rusiya KİV-ləri məlumat yayıb. İstintaqın məlumatına görə, “İslam dövləti” qrupu ilə əlbir olan bu şəxslər ötən ilin iyununda İstanbulda pilotsuz uçan aparatlarla terror aktları törətmək istəyirmişlər. Məlumatlara görə bu aparatlar 50 kiloqramadək partlayıcı daşıya bilir. Axtarış vaxtı şübhəlilərdən ikisinin evində pilotsuz aparatlar, başqa birinin evində isə partlayıcı kəmər hazırlanmasında istifadə olunan materiallar aşkar edilib. Müttəhimlər Zelimxan Tsaysayev, Aza Bepcaxoba, Zukra Borçashvili, Salman Dakayev, Kiuri Xatsaev, Bekxam Alimxanov, Xassan Orstxo, Fuat Güneş və Fatma Altıntaşdır.

Məlumata görə, partlayıcı maaddələr İstanbula ölkənin cənub-şərqindəki Şanlıurfa əyalətindən gətirilibmiş. Onları 15 ilədək həbs cəzası gözləyir. Prokurorlar sübut kimi onların mobil telefonlarında aşkar edilən informasiyalardan istifadə edir. Telefonlardan həmçinin hərbi əməliyyat yerlərindən çəkilmiş fotolar və “İslam dövləti” qrupuna həsr edilmiş mahnılar çıxıb.

Azadliq.org

13:06