İstanbulda Çingiz Aytmatovun doğum günü

İstanbuldakı Türk Mədəniyyət Mərkəzində Türk Dünyasının ən ünlü yazarı Çingiz Aytmatovun anadan olmasının 88-ci ildönümü münasibətilə konfrans keçirilib. Konfransda diplomatlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatçılar, Aytmatovsevərlər iştirak ediblər. Tədbirdə Qırğızıstanın Türkiyədəki səfir İbrahim Yunusov, İstanbul Böyükşəhər Bələdiyyəsinin nəzdindəki “Kültur A.Ş”nin baş direktoru Nevzet Kütük və başqaları çıxış ediblər.

Öncə Çingiz Aytmatovun həyat və yaradıcılığından film nümayiş olunub. Çingiz Aytmatovun ayrı-ayrı əsərlərinin təhlilini əks etdirən məruzələrdən sonra böyük yazıçının əsərlərindən nümunələr səsləndirilib. Çıxış və məruzələrdə diqqətə çatdırılıb ki, türk dünyasının böyük oğlu bütün yaradıcılığında bəşəri dəyərləri tərənnüm edib. İştirakçılara Çingiz Aytmatovun əsərləri hədiyyə olunub.

Xudaferin.eu

15:55