'İstanbul gecə cəhənnəmi xatırladırdı'

İstanbulda partlayış vaxtı hadisə yerində olan şahidlərdən biri dəhşətli mənzərəni Reuters agentliyinə belə təsvir edib. Dekabrın 10-da İstanbulun mərkəzindəki Beşiktaş səmtində bir-birinin ardınca iki partlayış olub. Partlayışda 38 nəfər ölüb, 150-dən çox yaralı var. Partlayışdan sonra yaralıların gətirildiyi Şişli Etfal xəstəxanasının qarşısında yaxınları narahatlıqla yaralıların durumunun necə olacağını gözləyir. Yaralılardan 14-nün durumu ağırdır. Polis əlindəki siyahıya baxıb kiminsə adını çəkən kimi yaralıları yaxınlarıvə doğmasını yaralılar arasında axtaranlaronun başına yığışır. Bir nəfər ona gələ telefon zənginə ümidsizliklə "hələ də gözləyirəm, bir xəbər yoxdur" cavabı verir. Doğmalarının xəstəxanada olduğunu öyrənənlərsə daha çox bilgi almaq üçün içəri keçməyə cəhd edir. Axtarışları boşa çıxanlasa digər xəstəxanaların yolunu tutur. Partlayışda həlak olanlardan 31-i polisdir. Həlak olan polislərdən biri Okan Doğan subaymış, ailəsində tək oğul övladı olub. İki ildir İstanbulda polis işləyirmiş. 21 yaşlı Durmuş Öcal isə 5 ay əvvəl polisdə çalışmağa başlayıbmış. Həlak olan polislərdən bir neçəsi dekabrın 11-də dəfn edilib.

"Türkiyə nə zaman gələcəklə bağlı önəmli bir addım atsa, buna terror qruplarının əliylə qan, can, vəhşət və xaos cavabı gəlir. Son illər dəfələrlə yaşadığımız alçaq terror hücumları ilə heç nəyə nail ola bilməyəcəklər ".
Türkiyə prezidenti Recep Tayyip Erdoğan terror aktına münasibətini belə bildirib. Prezident deyib ki, terrorla mübarizə aparan Türkiyənin və türk millətinin yanında olmaq əvəzinə terror qruplarını və terrorçuları dəstəkləməyi seçən ölkələrin bu hadisədən sonra fərqli davranmalarını gözləmirik. O, ölkəsində baş verənlərə görə Qazaxıstana olan səfərini təxirə salıb. Terrordan sonra Türkiyədə bir günlük matəm elan olunub, bayraqlar yarıya endirilib.
Beşiktaş Vodafone Arena stadionu-nun qarşısında baş verən partlayış Beşiktaş futbol klubunun canlı yayımında da əks olunub. Partlayış baş verən zaman canlı yayım kəsilib.

P.S. “Avropada Azərbaycanın Dostları Cəmiyyəti” və “Xudaferin.eu” saytının kollektivi qardaş Türkiyənin İstanbul şəhərində baş verən bu ağır faciəyə görə, Türkiyə dövlətinə və Türk xalqına günahsız yerə ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin. Bu müdhiş faciədə yaralananlara isə uca Tanrıdan tezliklə sağalmalarını təmənna edirik. 

13:39