“İşsizlikdən sığorta fondu”nun gəlir və xərcləri təsdiqləndi - QANUN

“İşsizlikdən sığorta fondu”nun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400,0 manat, xərcləri 83 451 400,0 manat məbləğində təsdiq edilib.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı ölkə prezidenti İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Qanunu imzalayıb. 

Qanuna görə, 2019-cu ildə “İşsizlikdən sığorta fondu”nun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:

 

Gəlirlərin mənbələri

 

Məbləğ (manatla)

1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

83 421 400,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

13 060 700,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

13 060 700,0

1.3.

qeyri-büdcə sektoru üzrə

57 300 000,0

2.

Sair gəlirlər

30 000,0

“İşsizlikdən sığorta fondu”nun 2019-cu il büdcəsinin xərcləri belə olacaq:

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

1.

İşsizliyə görə sığorta ödənişləri

11 000 000,0

2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

1 800 000,0

3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

 

1 300 000,0

4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

150 000,0

5.

Haqqı ödənilən ictimai işlərin təşkili

1 900 000,0

6.

Özünüməşğulluq tədbirlərinin təşkili

42 041 400,0

7.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

 

5 000 000,0

8.

Peşə standartlarının hazırlanması

1 000 000,0

9.

Müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

 

19 260 000,0

“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan prezidentinin fərmanına görə, bu sahədə səlahiyyətli orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulub.

Vergilər Nazirliyinə tapşırılıb ki, işsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə ölkə prezidentinə və Nazirlər Kabinetinə məlumat versin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə fondunun 2019-cu il üzrə xərclərinin yerinə yetirilməsi tapşırılıb və ildə iki dəfə qurum bu barədə gördüyü işlər haqqında Nazirlər Kabinetinə məlumat verəcək. 

Fərmanda göstərilir ki, işsizlikdən sığorta fondunun büdcəsində müəyyən olunan özünüməşğulluq tədbirlərinin təşkili ilə bağlı görülmüş işlərin monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək və nəticələr birbaşa prezidentə məruzə olunacaq.

“Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə 2018-ci ildə yaranmış işsizlikdən sığorta haqları borclarını 2019-cu il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər”.

14:18