İsrailli sabiq nazir Azərbaycanın Qərb üçün həyati əhəmiyyətindən yazıb
ABŞ-ın geniş oxuyucu kütləsinə malik populyar nəşri “Jewish News Syndicate”də İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mediasında maraqlı açıqlamaları ilə yadda qalan Ayub Karanın “Azərbaycan Qərb üçün niyə həyati əhəmiyyət kəsb edir?” sərlövhəli məqaləsi dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə “Likud” partiyasının namizədi kimi qatılacaq sabiq nazir məqalədə Rusiya və İran sərhədində yerləşən bir ölkə kimi Azərbaycanın həmişə Qərb dünyası ilə pozitiv münasibətlərə can atdığını, özünün zəngin təbii qaz ehtiyatlarını və sahib olduğu taxıl resurslarını Avropanın enerji böhranı və inkişaf edən qlobal ərzaq böhranına kömək kimi təklif etdiyini vurğulayıb. Bunun ölkəmizin Qərbə göstərdiyi ilk yardım olmadığını diqqətə çatdıran müəllif misal olaraq bir müddət əvvəl Azərbaycanın Əfqanıstandakı NATO qüvvələrinə yardım göndərdiyini də xatırladıb.
Qeyd olunub ki, terrorizm və ekstremizmin hökm sürdüyü bir regionda ABŞ-ın Azərbaycan kimi dostu olması həyati əhəmiyyət kəsb edir. Terrorizm və dini radikalizmin Qərb sivilizasiyası üçün təhlükə olduğunu qeyd edən israilli siyasətçi bu gün teokratik İran rejiminin Hizbullah, HƏMAS, Fələstin İslami Cihadı, Yəməndə husiləri və İraqda şiə radikallarını silahlandırdığını bildirməklə yanaşı, bu yaxınlarda İran İnqilabı Keşikçiləri Korpusunun Azərbaycan və Ermənistan arasındakı kövrək sülh prosesini pozmaq məqsədilə iki ölkə sərhədində genişmiqyaslı hərbi təlimlər keçirdiyinə diqqət çəkib. Müəllifin fikrincə, İranın sözügedən hərəkətinin səbəbi Azərbaycanın bütün Yaxın Şərqi təhdid edən və İran tərəfindən dəstəklənən regional terrorizmlə mübarizədə ABŞ və İsrailə xeyli müddət ərzində kömək etməsindən qaynaqlanır. Nəticədə İran Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan ölkəmizin Qərbdəki mövqelərini zəiflətmək üçün istifadə edir. İsrailli sabiq nazir hesab edir ki, Qərb sivilizasiyasının gələcəyini düşünən hər kəs bunun baş verməsinə imkan verməməlidir.
Məqalədə bildirilib ki, Azərbaycan bu yaxınlarda Avropa İttifaqı (Aİ) ilə anlaşma memorandumu imzalayıb və gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə 2027-ci ilə qədər avropalıları ən azı 20 milyard kubmetr qazla təmin edəcək. Ukraynadakı müharibədən sonra Aİ-nin etibarlı enerji tərəfdaşlarına ehtiyac duyacağını proqnozlaşdıran müəllif məhz Azərbaycanın belə bir tərəfdaş olacağına əminliyini ifadə edib və bildirib ki, ölkəmizdəki iqtisadi azadlıq, qərbyönlü oriyentasiya və dini azlıqlar üçün müsbət atmosfer Amerika və Avropa dəyərlərinə çox uyğundur. Məqalənin sonunda israilli sabiq nazir mütərəqqi insanların Azərbaycanın yanında yer almasını və ölkəmizi hər fürsətdə dəstəkləməsini xahiş edib.

Xudaferin.eu
15:43
Digər xəbərlər