İsrail səfiri Cocuq Mərcanlı kəndində dağıntıların miqyasından narahatlığını bildirib

 

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Cocuq Mərcanlıda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav kənddə dağıntıların miqyasından narahatlığını ifadə edib. Bu barədə səfir açıqlamasında deyib: “Cocuq Mərcanlıda gördüklərimiz Azərbaycanla Ermənistan arasında uzanmış münaqişə barədə real təəssüratları formalaşdıra bilər. Bu kənddə 1994-cü ildən bəri yaşayan ailə ilə tanış olmaq çox təsirli idi”.

Səfir məcbur köçkünlərin qısa zamanda doğma yerlərinə qayıda biləcəyinə ümid etdiyini deyib: “İsrailin təcrübəsinə, eləcə də insanlarla dövlətlər arasında sülhün bərpa olunmasının məqsədəuyğunluğuna əsaslanaraq, İsrail ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir”.
 

Anaxanım Hidayətova
TREND IA

 

 

08:57