İSRAİL–İRAN QARŞIDURMASININ YENİ MƏRHƏLƏSİNDƏ YAXIN ŞƏRQDƏ GEOSİYASİ VƏZİYYƏT .....

Yaxın Şərqdə gərgin olan vəziyyət, 2025-ci ilin iyun ayında İsrailin İran ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələri ilə yeni və daha təhlükəli mərhələyə qədəm qoydu. İsrailin "Am Kelavi" (“Aslan kimi millət”) kod adı altında başladığı əməliyyat, təkcə hərbi yox, həm də siyasi və strateji baxımdan bölgə tarixində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
İsrailin Hərbi Hava Qüvvələri iyunun 13-də gecə saatlarında Tehrandan Natanzadək uzanan geniş ərazidə yerləşən yüzlərlə hədəflərə — nüvə obyektlərinə, raket anbarlarına, SEPAH-a (İranın İnqilab Keşikçiləri Korpusu) məxsus qərargahlarına və komanda mərkəzlərinə — dəqiq və ardıcıl zərbələr endirdi. "The Jerusalem Post" və beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, bir neçə saat ərzində İranın hava hücumundan müdafiə sistemi faktiki olaraq sıradan çıxarılıb.
Zərbələr zamanı 10-dan artıq nüvə alimi və bir neçə yüksək rütbəli hərbi rəhbər, o cümlədən SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və İran Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi həlak olub.
Hücumun əsas hədəflərindən biri olan – İranın ali dini lideri Ayətullah Əli Xomeyni isə sağ qalıb.
Lakin İsrail tərəfi bu istiqamətdə də əməliyyatların davam edə biləcəyini istisna etmir.
"Flightradar24" xəbər xidmətinin məlumatına görə, Benyamin Netanyahuya aid olan xüsusi təyyarə əməliyyatdan öncə Aralıq dənizi üzərində təxminən bir saat dövrə vuraraq havada qalıb. Bu cür simvolik manevrlər həm güc nümayişi, həm də İran və digər oyunçulara yönəlmiş xəbərdarlıq kimi qiymətləndirilə bilər.
İran tərəfi əməliyyatı dövlət suverenliyinə təcavüz kimi qiymətləndirərək qisas çağırışları səsləndirib. Ayətullah Xomeyni və SEPAH rəhbərliyi İsrailə qarşı genişmiqyaslı hərbi cavabın qaçılmaz olduğunu bildiriblər.
Artıq İrandan yüzlərlə pilotsuz uçuş aparatı (PUA) və ballistik raketlərlə cavab hücumlarının başladığı barədə məlumatlar yayılıb. Bu, İsrailin cənub və mərkəz bölgələrində hava həyəcan siqnallarının səslənməsi ilə nəticələnib.
İsrail əməliyyatları ən azı iki həftə davam etdirəcəyi və İranın hava məkanını tam nəzarətdə saxlayacağını bildir.. Bu isə, iki dövlət arasında müharibənun davam edəcəyi ehtimalını artırır.
ABŞ başda olmaqla Qərb dövlətləri əməliyyatda iştirak etmədiklərini bəyan etsələr də, regional gərginliklə bağlı dərin narahatlıqlarını dilə gətiriblər. BMT baş katibi Antonio Quterreş tərəfləri maksimum təmkinli olmağa çağırıb. Avropa İttifaqı isə nüvə razılaşmasının tam iflasa uğrayacağından ehtiyat etdiyini bildirib.
Yaranmış yeni geosiyasi vəziyyət
Qlobal enerji bazarlarına dərhal təsir edib.
Brent markalı neftin qiyməti 7–8% bahalaşıb.
İndiki mərhələdə İsrail bu əməliyyatla İran üzərində strateji üstünlük əldə edib. İranın nüvə proqramı iflic vəziyyətə düşmüş, yüksəkçinli hərbi rəhbərlik zərərsizləşdirilmişdir. Lakin bu "uğur", bölgədəki balansları pozmaqla yanaşı, yeni və daha sərt təhlükələrə yol açır.
Bundan sonra
İranın proksi qüvvələri (Hizbullah, Husilər, Həşdi-Şəbi və s.) müxtəlif cəbhələrdə hərəkətə keçə bilər.
Nəticədə Qlobal diplomatiya iflic ola bilər ; xüsusilə ABŞ və İran arasında planlaşdırılan nüvə danışıqları sual altına düşə bilər.
Bütün bunlardan əlavə Müharibənin Livan, Suriya və hətta Fars körfəzi ölkələrinə yayılma ehtimalı artır.
Yaranmış geosiyasi vəziyyət göstərir ki : İsrailin "Am Kelavi" əməliyyatı yalnız bir hərbi zərbə deyil, həm də Yaxın Şərqin gələcək düzəninə yönəlmiş strateji mesajdır. Bu əməliyyat İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlsə də, eyni zamanda qlobal təhlükəsizlik arxitekturasını təhdid edən yeni bir mərhələnin qapısını aça bilər.
Hiss olunur ki, yaxın gələcək günlər bölgənin taleyini və dünyanın təhlükəsizlik prioritetlərini yenidən müəyyən edəcək.

Qəvami Sadıqbəyli.
Xudaferin.eu
12:29