İsrail Azərbaycana universal raket və radar sistemləri verib

 

Silahlanma və təksilah məsələləri problemləri üzrə Beynlxalq Stokholm Araşdırmalar İnstitutu (SİRPİ) Azərbaycanın 2015-2016-cı illərdə aldığı silah sistemləri haqqında məlumatlar dərc edib.

İnstitutun yaydığı məlumatda Azərbaycanın əsas silah idxalçıları kimi İsrail, Rusiya və Türkiyənin adları çəkilir. SİPRİ-nin hesabatına görə, ötən il Azərbaycan Silahlı Qüvvələri İsraildən “OPV-62” gözətçi gəmiləri, “Orbiter-1K” patrul döyüş sursatı, “Barak-8” zenith-raket komplekslri, “EL/M-2080 Green PLine” raket əleyhinə müdaifə sistemləri radarları, tank əleyhinə idarə olunan yüngül “LAHAT” (“Közərmə”), “Spike-NLOS” universal raketləri, “EL/M-2288 AD-STAR” radar qurğuları, “Haqor” uçuşsuz kəşfiyyat-zərbə aparatları, “SandCat” zirehli avtomobili və onun təmin təmin olunmuş modeli olan “SandCat Spike-LR”, “Spike MR/LR” universal raketləri alıb. SİRPİ 2016-cı ildə İsrailin Azərbaycana “Tamir” raketləri ilə təhciz olunmuş “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri satması barədə məlumatlara mailk olduğunu bildirib.

Müşfiq Abdulla

Cebhe.info

 

09:18