İspaniyada erməni mafiyasına qarşı əməliyyat

İspaniyada erməni mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirilir.

Xudaferin.eu xəbər verir ki, bu haqda “RİA Novosti” Kataloniya bölgəsinin hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Milli polislə müştərək şəkildə narkoticarət, silah alveri, tütün qaçaqmalçılığı, çirkli pulların yuyulması, idman mərc oyunlarında korrupsiya və bütün Avropa boyunca əmlakla bağlı digər cinayətlərdə əli olan erməni mütəşəkkil cinayətkar dəstəsinə qarşı əməliyyat aparırıq”, - deyə katalon polis idarəsinin bəyanatında deyilir.

Reydlər eyni vaxtda Barselona , Madrid, Valensiya, Alikante, Albasete və digər şəhərlərdə əlaqələndirilmiş şəkildə keçirilir.

Azı 100-ə yaxın şübhəlinin saxlanılacağı gözlənilir.

Xudaferin.eu

17:27