İspaniya kralının yeznəsinə 6 il iş verildi

İspaniya kralının bacısı infanta Kristina maliyyə fırıldaqçılığı ilə işdə günahsız olduğu bildirilib, onun əri İnyaki Urdanqarin 6 il və üç ay müddətinə azadlıqdan məhrum edilib.  

Xudaferin.eu TASS-a  istinadən xəbər verir ki, müvafiq qərarı Palma-de-Mayorka şəhərinin məhkəməsi verib.

“Məhkəmə Kristina de Burbona ittiham edildiyi  üç cinayət üzrə bəraət qazandırıb”, - məhkəmənin bəyanatında deyilir. 

Bununla yanaşı infanta 265 min avro məbləğində cərimə ödəyib. Onun əri isə öz növbəsində 512 min avro cərimə ödəməli olacaq. 

Xatırladaq ki, ispan kralının bacısı infanta Kristina və onun həyat yoldaşı 6 milyon avro mənimsəməkdə ittiham edilirlər. 

İttihamın versiyasına görə, infanta öz əri ilə birgə keçirilən tədbirlərə sərf edilən xərclərin artıq göstərmək yolu ilə Balear adaları və Valensiyanın büdcə vəsaitindən iri məbləğdə pul mənimsəmək üçün xüsusi təşkilat yaradıb.

Xudaferin.eu

19:47