“İslam NATO”suna pakistanlı general Rahil Şərif başqanlıq edəcək

Pakistan Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi olmuş Rahil Şərif “İslam NATO”sunun ilk komandanı görəvinə seçilmişdir. Beləliklə Pakistan, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Misir, Oman, Sudan, Əlcəzair, Tunis, Mərakeş, İordaniya, BƏƏ (Birləşmiş Ərəb Əmirliyi) və digər müsəlman ölkələri Orta Doğuda baş verən esktrimizmin, radikal qruplaşmaların  və digər problemlərin qarşısını almaqla vahid hərbi birlik yaratmağı məqsəd saymışlar. İndiki məqamda Azərbaycan, İran, Suriya, Livan, Tacikstan və digər müsəlman ölkələri hələlik “İslam NATO”suna üzv olmaq fikrinə gəlmədiklərini diplomatik yollarla bildirmişlər.

İngiltərədə dərc olunan “The Guardian” qəzetinə Pakistanın müdafiə naziri Havac Asif verdiyi açıqlamalarda bunları demişdir: “Bizim araşdırmalarımıza görə, Orta Doğuda tam sabutliyin əldə edilməsi üçün “İslam NATO”sunun yaradıdlmasına çox böyük ehtiyac var idi. Beləliklə inanırıq ki, çox yaxında bizim hərbi birliyimizə 39 müsəlman ölkəsi üzv olacaqdır. İran yalnısı təbliğat sistemi bildirir ki, bizim hərbi birliyimiz “sünnü dövlətləri”nin maraqlarına və mənfəətlərinə görə yaradılıb. Bu tamamilə yalnış bir təbliğatdır”.
XUDAFERİN.EU-ya daxil olan məlumatlara görə, “İslam NATO”sunun baş qərargahı Səudiyyə Ərəbistanının Ər Riyad şəhərində yerləşəcəkdir. “İslam NATO”sunun əsas hədəflərindən biri də Orta Doğu ölkələrində İŞID, Hizbullah, Əl Kaidə və başqa dini radikal silahlı birləşmələrə qarşı birlikdə mücadilə aparmaq olacaqdır.

Xudaferin.eu

16:43