İŞİD terrorçuları kilsəyə hücum etdi - 9 ölü, 50 yaralı var

Pakistanda baş törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Xudaferin.eu-nun məlumatına görə, ötən gün Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin Zarqun-Roud rayonunda kamikadze protestant kilsəsinə hücum edib. Hadisə nəticəsində 9 nəfər ölüb, 50-dən artıq insan yaralanıb.

Əyalətin daxili işlər naziri Sarfaraz Buqti jurnalistlərə müsahibəsində bildirib ki, yaralıların çoxunun vəziyyətinin ağırdır. Hadisəni törədən iki terrorçudan birini polis məbədə girərkən güllələyib, digəri isə kilsədə özünü partladıb. Partlayış vaxtı kilsədə 400-ə yaxın adam olub.

Pakistan prezidenti Məmnun Hüseyn terror aktını pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Xudaferin.eu

23:16