İŞİD Mosulda 140 nəfəri öldürüb elektrik dirəyinə asdı

Xudaferin.eu xəbər verir ki, qruplaşmadan qaçmağa cəhd edən 140 nəfər mülki vətəndaş öldürülərək elektrik dirəyindən asılıb.

Bildirilir ki, qətlə yetirilən mülki əhalinin meyitlərinin bir hissəsi Mosulun qərb hissəsindəki İslah Zirai və Tenek bölgələrindəki elektrik dirəklərinə, digər qismi isə silahlı toqquşma xəttinə yaxınlıqdakı elektrik dirəklərinə asılıb.

BMT-dən verilən məlumata görə, Mosulun qərb hissəsindəki yaşayış məntəqələrində 600 min mülki əhali yaşayır. Bu əhali İŞİD-in qorxusundan evlərini tərk edib təhlükəsiz bölgələrə keçə bilmir.

Xudaferin.eu

 

23:07