İŞİD-dən cəhənnəm vədi: Siyahıda hansı ölkələr var?

 

İŞİD terror qruplaşması bir sıra ölkələrdə terror aktları həyata keçirəcəyi barədə bəyanat yayıb. Bəyanatda müsəlmanların həmin ölkələrdə kütləvi yerlərdən uzaq durmaları məsləhət görülür. İŞİD bu təhdidin Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliyaya aid olduğunu bildirib.
 

İŞİD dünya üçün nə qədər təhlükəlidir?
 

İngiltərədə nəşr olunan “Time” və “Fortune” jurnallarının araşdırmaçısı Viviyen Valt İŞİD-in təkcə Avropa yox, bütün dünyanı təhdid edə biləcək gücdə təhlükə olduğunu yazır. Valta görə, terror təşkilatının güclü maliyyə bazası və hərbi cəbbəxanası, o cümlədən, dünyanın bütün ölkələrinə uzanmış qolları ayrı-ayrı bölgələri qanında boğa bilər. O, İŞİD-in ən təhlükəli “startup” olduğunu iddia edir: “Startup ingilis sözüdür. Mənası, investor tapmaq, iş istiqaməti müəyyən etmək və ticarətə başlamaq deməkdir. Hazırda İŞİD ən təhlükəli startupdur. Təsəvvür edin ki, bu terror təşkilatının İraqda ələ keçirdiyi bölgələrdən satdığı neftdən əldə etdiyi gəlirlər 1 milyon dollardan çoxdur. Hər startupun güclü ola bilməsi üçün investor və bazara ehtiyacı var. İŞİD də bu gün cihad və terror dünyasının “pul atası”dır. Terror təşkilatı Mosulu ələ keçirərkən burada yerləşən Mərkəzi Bankın 425 milyon dollarını mənismədi, təşkilatın bölgədən əldə etdiyi gəlirin ümumi həcmi 2 milyard dollara yaxın idi. Şübhəsiz ki, İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. Maliyyə imkanlarına görə, “Taliban” və “əl-Qaidə”ni də geridə qoyub”.

Enerji biznesindən gəlirlər

Valt hesab edir ki, İŞİD bütün dünyanı əhatə edən şəbəkəsini də bu pullar hesabına formalaşdırıb: “İŞİD-in əsas gəlir mənbəyi enerji resurslarıdır. Mosul və Beyçi kimi strateji və neftlə zəngin bölgələr onun əlindədir. İraqın neft ehtiyatlarının 17%-nə nəzarət İŞİD-dədir. Terror təşkilatı qanunsuz neft ticarətini xeyli genişləndirib. Təxminən gündə 100 yük maşını neft satır. Hər maşından 9 min dollar qazanır. Təşkilatın gündəlik qazancı 1 milyon dollardır. İŞİD-in qurduğu biznes digər ölkələr və şirkətlər üçün cəlbedicidir. Çünki satdığı neft dünya bazarlarındakı qiymətlərdən dəfələrlə aşağıdır. İraq OPEC-in ikinci ən böyük neft istehsalçısıdır. Ölkənin Cənbundan hər gün təxminən 3 milyon barel neft çıxarılır. Digər yandan rəsmi Bağdad İŞİD-in neft biznesini dayandırmaqda maraqlı görünmür. Hökumət terror təşkilatını zərərsizləşdirmək üçün kənardan dəstək gözləyir. Kömək istəyən ölkələr isə İŞİD-in arxasındadırlar. İŞİD-in bu ticarətindən hər kəs qazanır, hətta İraq ordusu da”.

Hər gün güclənir, itirmir

Başqa sözlə, KİV-lərdə hər gün ağır itkilərə məruz qalması xəbərlərinin əksinə olaraq, İŞİD hər gün qazanan və güclənən terror təşkilatıdır. ABŞ, Rusiya və Yaxın Şərq hadisələrində cərəyan edən proseslərin mərkəzlərində yer alan digər siyasi güclərin dirəniş göstərməməsi də İŞİD-in əlinə oynayır. Avropa, müsəlman ölkələri, Rusiya və Amerikanın özündə də kifayət qədər simpatizanları və militanları olan təşkilat bütün ölkələrdə kök atmış vəziyyətdədir. Demək olar ki, hər gün bu ölkələrdən, “əl-Qaidə”, “ən-Nüsra” və “Taliban” kimi terror təşkilatlarının sıralarından yüzlərlə insan İŞİD-ə qoşulur.

Terror təşkilatlarının Orta Asiya, Balkan və Yaxın Şərq ölkələrindəki düşərgələrində minlərlə uşağa təlimlər verir, terrorçu kimi yetişdirir. Öz ideologiyasının dünyaya yaymaq istəyən İŞİD “Böyük İslam Xilafəti” qurmaq istəyir. Başqa sözlə, İŞİD bütün dünyanı təhdid edəcək və qorxu altında saxlayacaq maddi, insani və hərbi resurslara malikdir.

Mənsur

Cebhe.info

 

09:10