İŞİD Dəməşq istiqamətində hücuma keçdi - Gizli həmlə

Suriyada PYD terror qruplaşmasının nəzarətindəki bölgələrdən qaçan İŞİD-çilər hökumət qüvvələrinin nəzarətində olan ərazilərə sızıblar.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə koalisiya komandanlığının rəsmisi Rayan Dillon açıqlama verib.

 O bildirib ki, terrorçular paytaxt Dəməşq istiqamətində hərəkət edir. Silahlıların paytaxda irimiqyaslı hücumlar təşkil edəcəyi istisna edilmir.

Rayanın sözlərinə görə, İŞİD Suriya və İraqda bütün əraziləri əldən verib. Lakin bu, qruplaşmayla mübarizənin başa çatdığı anlamına gəlmir.

Xudaferin.eu

 

13:46