İŞİD-in 5 komandiri milyonlarla dolları götürüb İraqdan qaçdı

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb. Bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb. Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, – deyə mənbə bildirib. Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib. Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.

Xudaferin.eu

08:59