İsgəndər Həmidovun həyat yoldaşı vəfat etdi

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun həyat yoldaşı Rəna Həmidova bu gün səhərə yaxın uzun sürən xəstəlikdən vəfat edib.

Xudaferin.eu xəbər verir ki, Rəna Həmidova uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xudaferin.eu saytı və dərgisinin baş redaktoru, Avropada "Azərbaycannın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə bu hadisə ilə bağlı Həmidovlar ailəsinə baş sağlığı verir:

“Doğurdan da Rəna xanım dözümlü, şərəfli bir xanım idi. O, neçə illər təkbaşına, namusla, min bir əziyyətlə övladlarını böyütdü.
Keçən əsrin 90-ci illərin əvvəllərində İsgəndər  bəyin ailəsinin qonağı olmuşam. İsgəndər bəy həpsxana həyatı yaşayanda belə hər zaman qardaş kimi Rəna xanıma zəng getmişəm, ailə vəziyyətləri ilə maraqlanmışam.  Ümumiyyətlə Həmidovlar nəslinin nümayəndələrinin bəzilərini yaxından tanımışam. Rəhmətlik Sərdar bəylə möhkəm dostluğumuz var idi. Çox mərd, cəsarətli və namuslu nəsildirlər. Rəna xanım bu nəslə yaraşan bir xanım idi. Bu acı xəbərə çox üzüldüm. Bütün Həmidovlar nəslinə başın sağ olsun deyirəm. Allah Rəhmət eləsin. “

16:23