İşğal olunmuş ərazilərdəki vəziyyət BMT-nin müzakirəsində

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının iş proqramında əksini tapıb.

Xudaferin.eu məlumat verir ki, adıçəkilən sənəd sessiyanın gündəliyinə salına bilər.

Qeyd edilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. 

Eyni zamanda, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. 

Xudaferin.eu

15:13