İravanda universitet müəllimləri və alimlərin etiraz aksiyası keçirilir

Yerevanda hökumət binasının qarşısında ali məktəblərdə və elmi-tədqiqat institutlarında işləyən yüzlərlə alimin etiraz aksiyası keçirir.

Xudaferin.eu erməni KİV-lərinə istinadla xəbər verir ki, bu aksiya il əlaqədar fevralın 6-da Ermənistan hökumətinin iclası keçirilib. Baş nazir Nikol Paşinyan hökumət üzvlərinə bildirib ki, onun Təhsil və Elm Nazirliyinin büdcədəki təhsil fondundan maliyyələşən müəssisələrin vəsaitinin baza hissəsinin müsabiqə əsasında ayrılması barədə qərarından xəbər olmayıb və bu addımın atılması tamamilə yanlışdır. O, sözügedən qərarın ləğvini tələb edib və ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi bərpa olunub. Həmçinin elmi tədqiqatların da müsabiqəsiz maliyyələşdirilməsi qərara alınıb.

İclasda təhsil və elm naziri Araik Arutyunyan da bu qərarın sosial nəticələrinin nəzərə alınmadığını etiraf etməli olub.

Ermənistan hökumətinin geri addım atmasının səbəbi sözügedən qərar nəticəsində işsiz qalan yüzlərlə insanın keçirdiyi etiraz aksiyası olub. Təkcə Yerevan Dövlət Universitetində 450 nəfər alim və laboratoriya işçisi işdən azad olunmaqla bağlı bildiriş alıb.

Xudaferin.eu

16:28