İraqda PKK və İran yönlü “Haşdi Şəbi” silahlı qruplaşmalar arasında gərginlik

Ölkənin Müdafiə nazirliyi isə “Haşdi Şəbi”yə görə baş nazir İbadini ittiham etdi

İraqda İran yönlü terror qruplaşması “Haşdi Şəbi” İraq Kürdüstanı Regional hökumətinin əsgəri birliyi olan peşmərgəni təhdid edib. “Haşdi Şəbi” peşmərgəni Ninova sərhədindən qovacağı ilə hədələyib. İraq Kürdüstanında yerləşən  Rudav telekanalının yaydığı məlumata görə, iki gün əvvəl Şengalın şərqində yerləşən peşmerge mövqeləri  “Haşdi Şəbi” tərəfindən top atəşində tutulub. Yaşanan  gərginlikdən sonra, “Haşdi Şəbi” komandirlərindən təhrikedici açıqlamalar gəlməyə davam edib.
“Haşdi Şəbi” komandirlərindən olan Cavad Teltelibaşi verdiyi açıqlamada  peşmərgəni təhdid edib. “Peşmerge güclərini Ninova sərhədindən qovacağıq” deyə Teltelibaşi peşmərgə haqqında sərt danışıb. İraq Kürdüstanı Regional hökumətinin mətbuat katibi  general-mayor Halqurd Hikmət Teltelibaşinin açıqlamalarına cavab verib.
“Bu kimi şəxsi açıqlamaları nəzərə almırıq. Yalnız rəsmi bəyanatlara cavab veririk. İraq baş naziri Heydər İbadi problemləri həll etmək istəyirsə, biz ona ideyamızı vermişik. İndi bu problemləri formalaşdırmaq istəyənlər İbadinin qanadından deyil” deyə Hikmət qeyd edib. Məsələylə bağlı İraq Müdafiə nazirliyi də açıqlama verib. Maraqlıdır ki, nazirliyin sözçüsü polkovnik Leyis Muhəmməd Nəimi “Haşdi Şəbi” məsələsində dolayısı yolla baş nazir İbadini ittiham edib.
“Haşdi Şəbi komandirlərinin verdiyi açıqlamalar hamısı siyasidir və İraq Müdafiə nazirliyi ilə əlaqəsi yoxdur. Onlar baş nazir İbadiyə  bağlı bir gücdür . İraq baş naziri Heydər İbadi  İraq ordusunun ali baş komandiri olduğu kimi, “Haşdi Şəbi”nin baş komutanıdır.  İraq Müdafiə nazirliyi olaraq bizim peşmərgə ilə sıx münasibətlərimiz var. Bütün sahələrdə tamamilə biribirimizi dəstəkləyirik. Müdafiə Nazirliyi sağlam və rəsmi bir qurumdur. Hərbi baxımdan İraqı təmsil edir. Heç bir şəkildə siyasi bir əlaqəmiz yoxdur. Peşmerge nazirliyi ilə də birbaşa ünsiyyət içərisindəyik”deyə Nəimi qeyd edib.
Qeyd edək ki, İran və İraq kürdləri arasında davamlı şəkildə gündəmə gələn  qarşıdurmaların əsas səbəblərindən biri də, bölgə neftinə sahib çıxmaq, mümkün qədər Kərkük, Mosul, Ərbil, Süeymaniyyə və digər Türkman torpaqlarında öz hökmlərini irəli sürməkdir. Bu olayın əsas səbəblərindən biri də 2002-ci ildə Türkiyədə iqtidara gələn AKP hakimiyyəti Orta Doğu siyasətində “ümmətçi” siyasətlə yanaşdığı üçün, Türkman əhalisinin qorunması barəsində mövcud olan beynəlxalq öhdəliklər də arxa planda qalıb. Bu prosesdən yarınmaq üçün İraqdakı kürd silahlı və terrorçu birləşmələri də hərəkətə keçərək “İraq Kürdüstan Muxtariyyəti” adlı hərəkat yaratmışlar. İran tərəfi isə Tehran rejiminin strateji hədəflərində yer alan “mollakratiya” adlı düzəni qurmaqla öz mənfəətləri çərçivəsində “şiə-cəfəri” ideologiyası ilə hərəkət edir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”  

12:30