İraqda nüfuzlu İŞİD lideri saxlanılıb

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri olan İbrahim Məşəəl Marey saxlanılıb.

Xudaferin.eu Baghdad Post-a istinadla xəbər verir ki, İ.Marey dəqiq kəşfiyyat məlumatları əsasında Dəclə çayının sol sahilində saxlanılıb.    

Saxlanılan İ.Marey İraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Onun məhkəmə qarşısına çıxarılacağı bildirilir. 

Xudaferin.eu

13:25