İraqda kütləvi məzar yeri aşkarlandı

 

Kütləvi məzar yərindəki cəsədlərin terror təşkilatı DEAŞ mənsublarının qətlə yetirdiyi dinc vətəndaşlar olduğu bildirilib. İraq ordusunun Mosulu terror təşkilatı DEAŞ-dan təmizləmək üçün başlatdığı əməliyyat çərçivəsində qısa müddət əvvəl DEAŞ-dan geri alınan Baduş həbsxanası yaxınlığında 500 nəfərə yaxın insanın cəsədinin olduğu kütləvi məzar yeri aşkarlanıb. Baduş kəndi isə Mosulun təqribən 15 km şimal-qərbində yerləşir.

 

Kütləvi məzar yərindəki cəsədlərin terror təşkilatı DEAŞ mənsublarının qətlə yetirdiyi dinc vətəndaşlar olduğu bildirilib. Ancaq, açıqlama hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İraq ordusu martın 8-də Baduş həbsxanasına nəzarəti ələ keçirmişdi.

Ordu tərəfindən verilən bəyanatda həbsxanada terror təşkilatı DEAŞ-ın həsb etdiyi hər hansı birinin olub olmadığı bildirilməmişdi.

Terror təşkilatı DEAŞ-ın 2014-cü ildə həbsxananı ələ keçirməsindən sonra 600-ə yaxıh məhkumu öldürdüyü iddia edilmiş, bu iddialar damərkəz qərargahı Nyu-Yorkda olan İnsan Haqları Müşahidə Təşkilatının hazırladığı hesabatda da yer tutmuşdu. Bu arada İraqın Mosul şəhərini terror təşkilatı DEAŞ-dan xilas etmək üçün oktyabrın 17-da İraq ordusunun başlatdığı, ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələrinin dəstəklədiyi əməliyyat davam edir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:51