İraqda İŞİD-ın sonu yaxınlaşır

 

İraq ordusu İŞİD terror qruplaşması üzərinə hücuma keçib. Məlumata görə, İraq ordusunun bu hücumunda məqsəd İŞİD-in ölkədəki son dayaq məntəqələrini ələ keçirməkdir.

Qeyd edək ki, noyabrın 5-də İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub.

 

“İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik”

Bunu İraqın baş naziri Heydər əl-İbadi Kərbəla şəhərindəki çıxışında deyib. O, mərkəzi hakimiyyətlə ölkənin şimalındakı Kürd Muxtar Əyaləti arasında yaranan böhrandan da danışıb. Baş nazir deyib ki, kürd xalqı ilə aralarında münasibətlərin qurulması üçün vasitçiyə ehtiyac yoxdur: “İraq ordusuna qarşı çıxmayanların (İraqın şimalındakı kürd muxtariyyətinin “peşmərgə” adlanan silahlı dəstəsini nəzrədə tutur) xəyanətdə ittiham olunması üzücüdür”.

Heydər əl-İbadi İraq parlamentinə seçkilərin əvvəlcədən elan olunan vaxtda-2018-ci ilin mayında keçiriləcəyini vurğulayıb. O, Haşdi Şabinin hərbi qurum olduğu üçün seçkidə iştirak etməyəcəyini bildirib

 

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

10:05