İranın xaricdəki konsulluqlarını “Sepah” idarə edir

İran mollakratiya rejimi xarici ölkələrdəki səfirlikləri “Sepah” (İİKK) tərəfindən bir başa idarə edir. Bunlardan biri də Quzey Azərbaycandakı səfirlikdir. Burada fars mollakratiya rejiminin diplomatlari deyil, “Sepah”ın ordu qolu və kəşfiyyatına bağlı onu yönləndirir. Aparılan geniş araşdırmalar sonucunda bəlli olub ki, “Sepah”-ın dağıdıcı rolu həm İran adlanan ölkənin daxilində, həm də Orta Doğuda hər zaman mövcud olub. “İslam İnqilabı Keşikçiləri Korpusu” (Sepah) adı ilə tanınan bu hərbi qurum 38 ildə 14 ölkənin iç işlərinə qarışaraq, sayı-hesabı olmayan miqdarda terror aksiyalarını həyata keçirib. Həmin ölkələrdə siyasi qarşıdurmalar yaradıb. Tehran mollakratiya rejimi üçün cəsusluq və terror şəbəkələrini formalaşdırıb.

O da müəyyən edilib ki, “Sepah” Orta Doğudakı dörd ölkədə birbaşa münaqişələrdə iştirak edir. Həmin ölkələrdə yaşanılan darbələr və çevrilişlərə cəhd edir. Həm də bu  ölkələrdə siyasi ya dini və ya etnik qarşıdurmalar yaradır. Bunlar Türkiyə ,Azərbaycan, Əfğanistan, Fələstin, Səudiyyə Ərəbistanı, İraq, Suriya, Yəmən və Livandır. Bununla yanaşı, “Sepah” İran adlanan ölkənin içində olduğu kimi, xaricdə də önəmli iqtisadi və hərbi gücə malikdir. Aparılan araşdırmalar zamanı o da bəlli olub ki, 2016-cı ilin yayında 70 min nəfərdən çox terrorçu qruplaşmalar Suriyanın ərazisində vətəndaş savaşında bir başa iştirak ediblər. Onların bütün xərclərini çəkən də Tehran mollakratiya rejimidir. Bu azmış kimi, həmin hərbiləşdirilmiş terrorçu birlikləri hazırlqılarını da Tehrana məxsus cəsus şəbəkələri hazırlayıblar.

“Orta Doğuda İran mollakratiya rejiminin fəaliyyətləri” adı altında aparılan araşdırmlar onu da sübut edir ki, “İran İnqilabı Keşikçiləri Korpusu” –Sepah ən azı səkkiz ölkənin iç işlərinə birbaşa müdaxilə edir. Ya da həmin dövlətlərin hökumətlərinə qarşı sui-qəsdlər və ya terror eyləmləri planlaşdırır. Həmin ölkələr İraq, Suriya, Yəmən, Livan, Fələstin, Bəhreyn, Misir və İordaniyadır.

Aparılan araşdırmalar bildirilir ki, “Sepah” ən azı 12 bölgə ölkəsində terrorçu filialları və ya şəbəkələrini yaradıb. Özəlliklə də “Sepah” 13 ölkədə terrorçuluq fəaliyyətində bir başa iştirakçıdır. “Sepah” həmçinin digər 12 ölkədə kəşfiyyat tədbirləri həyata keçirib. Bu ölkələrin çoxunda Tehran mollakratiya rejiminin casuslarını ya həbs ediblər, ya da izləyiblər.

“Sepah”ın bir başa müdaxilələri sadəcə hərbi sahə ilə məhdudlaşmır və Tehranın xarici siyasətində müəyyyənedici rola malikdir. Hakim teokrat rejimin strukturunda xarici siyasət “Dünya Müsəlmanlarının Ali Dini Rəhbəri” tərəfindən formalaşdırılır. Hazırda bu işin başında Ayətullah Xamnei durur. Beləliklə, bəzi ölkələrə aid siyasətin hazırlanması və həyata keçirilməsi rəsmən İİKK-yə həvalə edilib. Bununla əlaqədar, İİKK bir çox səfirliklərdə rejimin xarici siyasətini effektiv şəkildə nəzarətdə saxlayır. Bu kateqoriyaya İraq, Suriya, Livan, Əfqanıstan, Yəmən, Bəhreyn və Azərbaycandakı səfirlikləri daxildir.  

Yuxarıda adı çəkilən ölkələrə əlavə olaraq, İİKK qeyd olunan ölkələrdəki xarici siyasətin idarə edilməsində aparıcı rola malikdir. Bunlar Ermənistan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər vəı Omandır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

10:17