İranın onlarla general və minlərlə əsgəri öldürüldü

 

Suriyadakönüllü silahlılarvə “Hezbollahadı altında döyüşən İran mollakratiya rejimi onlarla general və minlərlə əsgərini itirib.

Bu qalmaqallı hesabatı İsrail mənbəli “Meir Amit” Kəşfiyyat və Terrorizm Məlumat Mərkəzi təqdim edib. Hesabatda bildirilir ki, bu hərbçilər İraq və Suriyada öldürülüb.  

Ölənlər əsasən İran mollakratiya rejiminin “İslam İnqilabı Keşikçiləri Ordusu”nu təmsil edib. Ümumilikdə 10 general və 2603 İran əsgərinin öldüyü bildirilir. İsrailin “Jerusalem Post” qəzetinin yazdığına görə, İran hərbçiləri əsasən Suriya prezidenti Bəşər Əsədin mövqelərini müdafiə edərkən həlak olub.

Son 6 ildə 10-dan arıq generalını bu 2 ölkədə itirən İran eyni zamanda çox sayda əsgərini qurban verib. Öldürülən 2603 əsgərdən 511-i İran vətəndaşı, 1045-i Hizbullah döyüşçüsü, 1047-i Əfqanıstan və Pakistandan Suriyaya göndərilən şiə milislərdir. Onlar da İran hərbçiləri kimi Suriya və İraqda döyüşür. İran İnqilab Keşikçiləri Ordusunun tərkibində əfqanlardan təşkil edilən “Fatimiyyun” briqadası var. Pakistan hərbçiləri isə “Zeynebiyyun” briqadasının tərkibində döyüşür.
Onu da qeyd edək ki, İran mollakratiya rejiminin toruna düşən Azərbaycan, Gürcüstan, Dağıstan, Tacikstan, Türkiyə, Livan, Liviya, Bəhreyn, Pakistan, Əfqanıstan, İraq, Suriya, Küveyt, Misir və başqa ölkələrdən də gəlmiş “könüllü” fanatlar Orta Doğu ölkələrində Tehranın gizli terrorçu şəbəkələrində könüllülər adı altında döyüşürlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

10:04