İRANIN BELƏ BİR QADIN TƏHSİL NAZİRİ OLUB - FƏRRUXRU PARSA...
“Mən qalın çarşab altında şərəfsiz həyat yaşamaqdansa, ölümü qucaqlamağı üstün tuturam”.
Xanım nazir Fərruxru Parsa 8 May 1980-ci il tarixində Xomeyniçilər tərəfindən edam olunub. Edam edilən zaman dar ağacından kəndir qırılır yıxılan zaman yerdə güllələyirlər. Əslində belə hadisələr baş verdiyi zaman islam qanunu ilə "edama allah izin vermir" deyib əfv efirlər. Təssüflər olsun qaniçən mollalar acimadan güllələyirlər.
Bəs İranın ilk qadın naziri olmuş Xanım Fərruxru Parsa kimdir?
1922-ci ildə Qum şəhərində anadan olan Fərruxru Parsanın anası, İranın ilk qadın mətbuat orqanı olan "Cahan-e Zen” (Qadın Dünyası) jurnalının baş redaktoru Fəxre-Afaq Parsa, atası isə İranın Ticarət Nazirliyinin əməkdaşı, İran Ticarət, Sənaye Mədən və Yeni Era jurnallarının baş direktoru Fərruhdin Parsa olub.
Fərruxru Parsa orta məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra, Tehran Universitetinin Tibb Fakültəsinə daxil olub pediatriya və neonatologiya üzrə 1950-ci ildə məzun olub.
Təhsilini başa vurduqdan sonra o, Janna d'Ark Liseyində elm və biologiya müəllimi olub və orada İranın gələcək Şahzadəsi Fərəh Dibaya dərs deyib.
Bundan əlavə boş vaxtlarında Tehran türməsində qadın məhbuslara pulsuz dərs deyib. Fərruxru Parsa iranda dayıma cəhalətə qarşı çıxır, kasıb qadınlarında təhsil almaları üçün yorulmadan mübarizə aparır.
Fərruxru Parsa 1956-cı ildən Tehranda qızlar üçün fəaliyyət göstərən orta məktəblərin direktoru vəzifəsinə təyyin edilir. O, qısa zamanda Tehran məktəblərində fənlərin çeşidlərini artıraraq, şagirdlərin sayını 110-dan 1850-yə çatdırır.
1955-ci ildə o, bir neçə həmkarı ilə birlikdə o dövrün yalnız qadın liseyləri üçün "Mədəni Qadınlar Assosiasiyası"nı təsis edib və 1956-cı ildə "İran Qadın Cəmiyyətlərinin Əməkdaşlıq Şurası"nın direktorlar şurasına sədr seçilib. 1960-cı ildə isə Tehran Milli Universitetinə rəhbərlik etmişdir.
1963-cü ildə Fərruxru Parsa İran parlamentinə ilk dəfə beş qadın rəfiqələri ilə birgə millət vəkili seçilmişdirlər.
Həmin vaxtlar Şah Məhəmməd Rza Pəhləvidən İran qadınlarının səsvermə hüququna malik olmalarına icazə vermələri üçün qadınlatın müraciət kompaniyayasını aparmış və həmin il ümumxalq konstitusiya referendumunun keçirilməsinə nail olmuşdur. Referendumdan sonra, 1965-ci ildə Şah tərəfindən Xanım Fərruxru Parsa təhsil nazirinin müavini, 1968-ci ildə isə təhsil naziri təyyin edilmişdir.
Nazir kimi ilk dəfə təhsil sistemini yaxşılaşdırmaq üçün islahatlar həyata keçirmişdir. Vəzifəsinin İkinci ilində o, xüsusilə kənd yerlərindən olan qızları müxtəlif bölgələrdəki təhsil və tibb müəssisələrinə göndərən Qadınlar və Qızlar üçün Sosial Xidmətlər haqqında Qanunu qəbul etmişdir.
O, həmçinin ibtidai orta məktəb fənlərindən ərəb dilini çıxarmış, onun yerinə Avropa dillərinin tədrisinə başlanılmış, məktəblərdə baş örtüyü və çadra taxmağı ləğv etmişdir. Belə radikal islahatlar Fərruxru Parsa Xanımı Xüsusi Xidmət orqanı olan SAVAK-la üz-üzə qoysada, sonunda Şahdan dəstək almağa nail olmuşdur.
Fərruxru Parsa Xanım nazir vəzifəsində çalışdığı müddətdə on iki il davam edən orta təhsil məktəb, beş illik ibtidai məktəb, dörd illik lisey olmaqla yeni bir təhsil sistemi tətbiq etmişdir.
Fərruxru Parsa nazir işlədiyi dövrdə "Mədəni Tədqiqatlarda Qadınlar Assosiasiyası", "İran Qadın Cəmiyyətlərinin Əməkdaşlıq Şurası", "İran Qadınlar Təşkilatı", "Qadınlar Evi", "Qadın İdman Şurası" və "İran Universitet Qadınlar Cəmiyyəti" kimi bir neçə qadın təşkilatını təsis etdi.
Məhz Fərruxru Parsa Xanımın təsis etdiyi bütün bu qadın təşkilatları, İran İslam Məhkəməsində dinə qarşı cinsyət sayılıb. Mühacir mətbuatının yazdığına və şahidlırin dediklərinə görə molla Məhkəmə Hakimi təkrar-təkrar "Qadınlarımızın namusunu ləkələmisən" deyərək bağırırmış.
1979-cu il İranda İslam İnqilabı baş verən zaman Fərruxru Parsa Xanım Londonda işgüzar səfərdə olur. İrana qayıtmamaq məsləhət görüldükdə, o, "Qorxulacaq heç nə etməmişəm və mütləq qayıdacağam" dedi. Lakin İrana qayıtdıqdan sonra bir müddət qızının və qohumlarından birinin evində gizlənməyə məcbur oldu. 17 fevral 1979-cu ildə əri və oğlu ilə birlikdə Molla Rejimi təfindən həbs edildi. Bir müddət sonra əri, general-leytenant Əhməd Şirin-Söhən azadlığa buraxıldı, Fərruxru Parsa isə Evin həbsxanasına köçürüldü.
İstintaq vaxtı ən ağır işgəncələr verərək zorla boynuna qoyurdular ki, "xəzinənin pulunu mənimsəmisən, məktəbdə çadranı qadağan etmisən, məktəblərdə ərəb dilini Avropanın şeytan dili ilə əvəz etmisən".
Heç bir hüquq təhsili olmayan Molla Məhəmməd Məhəmmədinin sədrliyi ilə İslam İnqilab Məhkəməsi tərəfindən məhkəməsi keçirilmişdir.
"Mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirım. Mənə dinsiz deyirsiniz. Özünüz isə din pərdəsi altında allahsız, əxlaqsız, vicdansız varlıqlarsınız. Sizlər islamın nə olduğunu bilməyən cahil kütlədiniz. Siz əxlaqsızlara bəyan edirəm, mən müsəlmanam, müsəlman doğulmuşam və Allah qoysa, müsəlman kimidə öləcəyəm. Zaman gələbək bütün cinayətlərinizə görə Allah qarşısında, xalq qarşısında cavab verəcəksiniz. Sizin kimi şərəfdizlərlə bir cəmiyyətdə yaşamaqdansa, ölüm daha şərəflidir".
Bu İran qadınların savadlı, çağdaş düşüncəli görmək istəyən və bu yolda ömrünü şam kimi əridən Fərruxru Parsa Xanımın məhkəmədə son sözü idi. O bilirdi ki...
Bu çıxışdan sonra məhkəmənin 8-ci günü onu asılmaqla edam cəzasına məhkum edirlər.
8 may 1980-ci ildə edam edilən zaman kəndir qırılır, dar ağacından yıxılannan sonra onu yerdəcə xüsusi silahlı dəstə tərəfindən gülləbaran edilir.
Fərruxru Parsa Beheşt-e-Zəhra qəbiristanlığında dəfn olunub.
Sonun əvvəli: Fərruxru Parsa türmədən uşaqlarına ünvanladığı son məktubunda yazırdı:
"Mən həkiməm. Ona görə ölümdən qorxmuram. Ölüm sadəcə bir andır və ondan artıq bir şey deyildir. Mən qalın çarşab altında şərəfsiz həyat yaşamaqdansa, ölümü qucaqlamağı üstün tuturam. Mən yarım əsrdən çox kişi və qadın bərabərliyi uğrunda mübarizə aparmışam və indi heç kəsin qarşısında diz üstə çökməyəcəyəm. Mən çadra daşımaq və tarixdə geriyə addım atmaq istəmirəm".
Bu maarifpərvər, millətinin qızlarını savadlı görmək istəyən və bu yolda ölümün gözünə dik baxan xalqının anası, sübut etdiki Qadın böyük qüvvədir..

Elman Mustafazade
Amsterdam, Niderland.
Xudaferin.eu
17:30
Digər xəbərlər