İrandan Türkiyə’yə dolayı yoldan təhdid

İran mollakratiya rejiminin sözdə dini lideri Əli Xameneyinin başdanışmanı Əli Əkbər Vilayəti İranın Musula yönəlik hərbi əməliyyatda bilavasitə iştirak edilmədiyini ifadə edərək, bölgə ölkələrinin Musul əməliyyatına qoşulmaq istəyini olduğunu bildirərək dolayı yoldan Türkiyəni tənqid edib.

Quzey İraqdakı “Mosul Hərəkatı”na İraq istisna olmaqla hər hansı bir ölkənin iştirak etmək haqqının olmadığını savunan Vilayəti: “Bəzi ölkələr İraq yönətimindən izin almadan bu ölkəyə əsgəri qüvvə göndərmişdir. Bu məsələ uluslararası qurallara ziddir. Bu ölkələr gələcəkdə oradan miras tələb etmək məqsədilə təşəbbüs göstərmişdir” açıqlamasını vermişdir.
İranın “Mosul Hərəkatı”na birbaşa qatılmadığını deyən Vilayəti, “İran heç vaxt bu məsələyə bilavasitə daxil olmur. İranın Mosul məsələsində Bağdad yğnətiminə verdiyi dəstək, məsləhət danışmanlıq yardımıdır və bunu da İraqdan gələn tələb edir” dedi.
Qeyd edək ki, bir sıra qaynaqların verdiyi açıqlamaya görə, İrana məxsus “Hezbollahçı” hərbi qüvvələrin İraqdakı sayı 50 min, Suriyada isə 70 min nəfərdir.

Oğuz.tv 

09:01