İranda sekta nümayəndələrini edam edəcəklər

İranda sekta yaratmaqda ittiham edilən kişi və qadın edam ediləcək. 

Xudaferin.eu Trend-ə istinadən xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb. 

“Onlar korrupsiyanı yaymaqda ittiham edilirlər və barələrində ölüm hökmü çıxarılıb. Onların əfv haqqında xahişlərinə Ali Məhkəmədə baxılır”, - Tehranın baş prokuroru Abbas Cafari Dolatabadi deyib. 

“Yer üzündə korrupsiyanı yaymaq” anlayışı, müsəlmanların həyatına, imanına və mülkünə təhdidi özündə birləşdirir və İran İslam Respublikasında ölümlə cəzalandırılır.

Xudaferin.eu

17:27